Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, tibetli razılaşmadı...”

Day.Az представляет новость на азербайджанском языке

Afrika meymunundan tutmuş İran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya qədər nə istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı lalafo.az saytından gedir.

Virtualaz.org araşdırıb ki, saytın "heyvanlar" bölməsində yerləşdirilmiş elanlarda ən müxtəlif canlılar, o cümlədən ekzotik heyvanlar təklif olunur. Məsələn, saytda elan yerləşdirmiş şəxs 120-250 ədədi 5 manata Kaliforniya soxulcanı təklif edir. Elan sahibi inandırır ki, soxulcanlar torpağı münbitləşdirir və əlbətdə ki, balıq tutmaqda işə yarayır.

"Bu soxulcanlarla kənd təsərrüfati üçün dünyada ən keyfiyyətli ekoloji təmiz təbii gübrə - biohumus hazırlamaq olur. Soxulcanlar üzvi tullantılarla qidalanırlar . Kənd təsərrüfatında torpağın münbitləşdirilməsi üçün təbii vasitə kimi istifadə etmək olur. Balıq tutmaq üçün də yaxşı sağlam soxulcanlardır"-elan müəllifi bildirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.