İran Silahlı Qüvvələri Baş Qərargah rəisi adından yayılan xəbərlərin heç bir əsası yoxdur

Sosial şəbəkələrdə və Teleqram kanallarda İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin adından yayılan və digər bu kimi xəbərlərin heç bir əsası yoxdur.

Bu barədə Day.Az-a siyasi ekspert Ədalət Verdiyev deyib.

"Xəbərlərin mənbəyini araşdırdıqda məlum olur ki, bunlar Ermənistana məxsus resurslar tərəfindən  yayımlanır. Məsələnin mahiyyətini anlamaq üçün ilkin mənbələrə dair səthi araşdırma aparmaq kifayətdir. Ermənistan resurslarının, daha doğrusu bu resursları təxribatçı məlumatlarla təmin edən Ermənistan xüsusi xidmət orqanlarının əsas məqsədi də Azərbaycan ilə İran arasında münasibətləri görginləşdirmək, ictimaiyyətdə  etimadsızlıq mühiti yaratmaqdır. Başqa sözlə desək bu Ermənistanın növbəti dəfə "bulanıq suda balıq tutmaq" niyyətindən xəbər verir. Buna görə də Azərbaycanın informasiya resursları, sosial media istifadəçiləri daha diqqətli olmalı, belə təxribatçı məlumatları yaymamalıdırlar.", - deyə Ə.Verdiyev vurğulayıb.