https://news.day.az/azerinews_politics/1465694.html İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Siyasət, 27 мая 2022 16:59 (UTC +04:00) 489
İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости