Azərbaycanlı kaskadyor: "Elə tryuklar bacarıram ki, onları ancaq Hollivudda çəkirlər"

15 октября 2011 14:06 комментария

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

Kaskadyor Əli Məmmədovun "Ekspress" qəzetinə müsahibəsi.

Dosye: Əli Fərhad oğlu Məmmədov 1965-ci il aprelin 17-də Naxçıvanda anadan olub. Yeddi yaşından boks və Şərq əlbəyaxa döyüş idman növləri ilə məşğul olub.

1980-1981-ci illərdə boks üzrə Azərbaycan çempionu olan Əli Məmmədov Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini (1985-1989) bitirdikdən sonra - 1989-cu ildə usta rəssam ixtisası üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. 1990-cı ildə tövsiyə əsasında Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb.

Bişkekdən qayıtdıqdan sonra "Azərbaycanfilm"də tryukların quruluşçusu və kaskadyor kimi çalışmağa başlayan Əli Məmmədov Azərbaycan filmləri ilə yanaşı, "Silah" (Rusiya, Tacikistan, serial, 2007), "Dənizçi" (Rusiya, 2007), "Jurnalist" (Rusiya, serial, 2006), "Tələbə" (Rusiya, 2005), "Qraf Krestovski" (Rusiya, 2002, serial), "Dronqo" (Rusiya, 2001, serial), "Məleykələr" (İran, 1990) adlı filmlərdə tryukların quruluşçusu və ifaçısı olub.

Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir.

Kaskadyorluq çətin və təhlükəli peşədir. Üstəlik, kaskadyorların gördüyü işin adı onların olsa da, şöhrəti başqasına - aktyora çatır.

Maraqlıdır ki, bir çox filmlərin çəkilişində neçə-neçə kaskadyor tryuk zamanı həlak olub, amma xatalı olması bu peşəyə marağı azaltmayıb. Dünya kinosunda ilk kaskadyorluq tryuku 1908-ci ildə çəkilmiş "Qraf Monte Kristo" ("The Count of Monte Christo") filmində gerçəkləşib. Kaskadyor yüksək qayalıqdan şəlaləyə atılmalı idi. Bu tryuku sirk akrobatı etmiş və 5 dollar almışdı. Əslində, heç almamışdı da. Çünki həmin akrobat təhlükəli tryukdan sonra canını tapşırmışdı.

Belə tryuklar tamaşaçılarda macəra filmlərinə marağı artırdığı üçün rejissorlar tez-tez kaskadyorları filmlərinə dəvət etməyə başlayırlar. Məsələ sadəcə aktyorun kaskadyorluğu bacarıb-bacarmamasında deyil. Heç bir rejissor aktyorun tryukda iştirakına asanlıqla razılıq verə bilməz. Məsələn, baş rolun ifaçısının ayağını sındırması və ya alnında şişin peyda olması çəkilişlərin ən azı uzanması deməkdir. Aktyor yıxılıb o dünyalıq olarsa, film yarımçıq, rejissor isə dizinə döyə-döyə qalmalı olacaq.

Azərbaycanda da peşəkar kaskadyorlar fəaliyyət göstərirlər, lakin sayları çox azdır. İlk peşəkar kaskadyorumuz Əli Məmmədovla söhbətimizdə bu "kasadlığ"a aydınlıq gətirməyə çalışdıq.

- Əli müəllim, necə oldu ki, rəssamlığı kaskadyorluğa dəyişdiniz?

- Bu işə uşaqlıqdan həvəsim vardı. Sənət məktəbini bitirdikdən sonra öz istəyimlə təyinatımı "Azərbaycanfilm" kinostudiyasına aldım və cizgi filmləri sexində çalışdım. Sonra qrim ustası işlədim. Düzdür, rəssamlıq bir az incə sənətdir, fərqlidir, ancaq yenə də hər ikisini üstün tuturam. Kaskadyorları ilk dəfə çəkiliş zamanı gördüm. Xoşum gəldi. Sonra maraqlandım, özümü yoxlamaq istədim. Mən kinostudiyada işlədiyim zaman Aydın Abdullayev cizgi filmləri şöbəsinin rəisi idi, köməklik göstərdi. Qırğızıstana gedib orada kaskadyorlar yetişdirən məktəbdə oxudum. Orada saxlamaq istəyirdilər, ancaq razılıq vermədim. İstədim ki, özümü burada tanıdım. Ancaq təəssüf ki, burada bazam yoxdur.

- İlk dəfə hansı filmdə kaskadyorluq etmisiniz?

- Bu, ərəb rejissorun diplom işi olan filmi idi. Sonra Əbdül Mahmudovun dəvəti ilə "Axırıncı körpü" filminə çəkildim. Bundan sonra yavaş-yavaş filmlərə dəvət aldım. 22-dən çox yerli və xarici filmə çəkilmişəm: "Fəryad", "Şahid qız", "Ürəyin yaddaşı", "Girişmə, öldürər!", amerikalılarla birgə çəkilmiş "Dağıdılmış körpü" və s. "Dağıdılmış körpü"də Hollivud ulduzunu əvəz edirdim. Təəssüf ki, aktyorun adını unutmuşam. Film Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilib. Yerli filmlərdə isə Fəxrəddin Manafovu, Həsən Məmmədovu əvəz etmişəm.

- Azərbaycanda sizdən başqa bu işlə məşğul olan varmı?

- Yox, məndən başqası yoxdur. Yəni mənim gördüyüm işləri görən yoxdur. Mən keçmiş sovet ölkələrinin kino birliklərinin hamısının üzvüyəm. Hələ vətənimdə tanınmayanda artıq Qırğızıstanda tanınırdım. Elə ilk dəfə də oranın kino birliyinin üzvü olmuşam. Qırğızıstanda, Rusiyada kaskadyor yetişdirən məktəblər olduğu halda, təəssüf ki, bizdə yoxdur.

- Hansı qeyri-adi işləri bacarırsınız?

- Elə tryuklar bacarıram ki, onları ancaq Hollivudda çəkirlər. Maşınla tryuklar eləmişəm - avtomobil 5-6 metr hündürlükdə fırlanıb, 10-15 metrdən sonra yerə düşüb dağılıb.

- Ən çətini hansı tryukdur?

- Heç bir tryuk asan deyil. Hamısının öz çətinliyi var. Əvvəlcədən düşünürəm, fikirləşirəm, təhlükəsizliyi təmin edirəm, ancaq bununla bərabər, yenə də hiss edirəm ki, çox çətindir. Müharibədə döyüşən zaman hansı hissləri keçirirsənsə, bu da ona bənzəyir. Hündürlükdən tullanmaq, yanmaq, maşını aşırmaq, atla olan tryuklar lap çətindir. Bir şey də var ki, bu çətinliyi keçməyi bacarmaq lazımdır. Birinci dəfə çətin olan ikinci dəfə asan olur. Mən heç zaman məşq etmirəm, planlaşdırıram, təhlükəsizliyi təmin edirəm, qalır tryukun uğurlu alınması. Bu da çəkilişdə bəlli olur.

- Çəkiliş zamanı hansı gözlənilməz hadisələrlə üzləşmisiniz?

- Hər hansı bir çətinliklə qarşılaşdıqda kaskadyor vəziyyətdən çıxmağı bacarmalıdır. Alınmayanda, təhlükə yarananda gərək özünü itirməyəsən, qorxmayasan. Odla bağlı tryuklarda 20 dəqiqə vaxt qoyulur. Həmin müddət bitdikdən sonra kamera dayanmalı, qoruyucular odu söndürməlidirlər. "Fəryad" filminin çəkilişləri zamanı elə oldu ki, odu gec söndürdülər. Yanımda köməkçilərim də yox idi. Belə olduqda arxası üstə qara uzandım, ayağa qalxanda paltarım yenidən alovlandı. Bu zaman qoruyucular özlərini itirdilər, mən yansam da, onları sakitləşdirdim. Deyim ki, həmin film çəkiləndə mən cəbhədə döyüşürdüm. Filmdə olan tryukları da özüm düşünmüşəm.

- Yetirmələriniz var?

- Var, ancaq hələ lazımi səviyyəyə çatmayıblar. Bu elə bir şeydir ki, birinci insanın özündə olmalıdır. Mən də həvəsi olanları seçirəm, yoxlayıram. Bu sənətə çox böyük istək olmalıdır. Seçim zamanı əsas idmançılara və hərbi xidmətdə olanlara üstünlük verirəm. Çünki onlar əzab-əziyyətə qatlaşmağı öyrənmiş olurlar. Mənim fikrimcə, hərbi xidmətdə olmayandan kaskadyor çıxmaz. Bundan başqa, kaskadyor ruhən də təmiz olmalıdır.

- Eşitdiyimizə görə, kliplərdə də çəkilmisiniz...

- İndiyə qədər 6-7 klipdə çəkilmişəm. Bunların içində Fatimənin, Almaz Ələsgərlinin tərəf müqabillərini əvəz etmişəm. Hazırda isə İradə İbrahimovanın son klipində onun özünü əvəz edirəm. Orada bir səhnə var ki, motosikllə ağacın üstündən tullanmaq lazım gəlir. Bu elə hərəkətdir ki, yalnız peşəkar motosiklsürənlər bacarırlar. Mən həmin motosikli 6 metr hündürlüyə qaldırıb havada 15 metr uçdum.

- Kliplərdə və filmlərdə çəkilmək üçün nə qədər qonorar alırsınız?

- Bunu sirr saxlayıram. Düzü, mənim elədiyim işin qiymətini burada heç kim verməyib. Çünki öz işimin qiymətini bilirəm və burada o qiymətin verilməsi mümkün deyil.

- Hazırda hansı işlərlə məşğulsunuz?

- Moskvada çəkilən bir filmə dəvət almışam. Ancaq bu barədə danışmayacağam, çünki açıqlamağa icazə vermirlər. Avtomobillə tryuklar və döyüş səhnələri ilə bol olan bəzi kadrlar da olacaq ki, onları da özüm qurmalıyam.

- Ölümdən qorxursunuz?

- Yox, qorxmuram. Qorxsaydım, bu sənətlə məşğul olmazdım.

- Özünüzü sığorta etdirmisinizmi?

- Bizdə o səviyyə yoxdur. Ancaq xaricdə belədir ki, bütün film - aktyorlardan tutmuş dekorasiyalara qədər hər şey sığortalanır.

- Övladınızın sizin sənəti davam etdirməsini istəyərsinizmi?

- Bir qızım var. Baxıram ki, mən məşq etdikdə, o da bəzi hərəkətlər etməyə çalışır. Əgər kaskadyor olmaq istəsə, etiraz etməyəcəm.

- Daha çox döyüş səhnələrində çəkilmisiniz. Bəs aktyor kimi hansı rolu oynamaq istərdiniz?

- Melodramda çəkilmək, həmçinin psixoloji problemi olan qəhrəmanı canlandırmaq istərdim. Ümumiyyətlə, müəyyən bir ampluaya düşmək istəməzdim. Aktyor kimi özümü müxtəlif rollarda görməyi arzulayıram. Bir neçə reklam çarxı və kliplərdə çəkilmişəm. Məncə, hər aktyorun özünü realizə etməsi üçün yaxşı rejissor və tərəf-müqabilləri olmalıdır.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!

4комментария

  • 15 октября 2011 19:54

    Мдддааа!).. Врёт и не краснеет, как говориться...
    Первая официальная каскадёрская группа была создана на "Азербайджанфильме" Низами Мусаевым.(закончил с отличием каскадёрскую школу при "Мосфильме". Обладатель приза "за лучший трюк" 1986 года учреждённого Европейской ассоциацией каскадёров.Об этом, тогда много писалось в советской прессе. В последствии стал кинорежисёром)

  • 15 октября 2011 19:55

    Этот Али, там был учеником. Помогал на сьёмках таскать реквизит, готовить приспособления. Учился. А теперь - видно, просто "забыл из-за склероза внезапного" )))..
    Знаю это всё не понаслышке, так, как брат работал в этой группе...

  • 5 ноября 2011 21:58

    Beli., eshitmishem o vaxtlar Nizami Musayev haqqinda..,Dogrudur hech duz olmaz ki,her ishin ilkini ozunle baglayasan(yani birinciyaem. N1em)oyreshibler.., ola biler ki sen de yaxshi idmanchi,kaskadyorsan,ugurlar var,musahibeden gorunur gozel nezeriyyesi var., amma senden qabaqkilara hormet qoymaq lazimdir..,(ele tek men olmusham yox.)onsuzda hal hazirda bashqasi yoxdu,yaxshi ki siz varsiz,amma filme chekilsez...yash gedir.