“Əhalimizin sağlamlıq qayğısının yeni adı – Günəbaxan”

Hər kəs üçün özü ilə günəşin istisini, səmanın təmizliyini və təbiətin gözəlliyini gətirdi...

Neçə müddətdir ki, sosial media aləmində yeni adın - Günəbaxanın gələcəyi haqda məlumatları izləyirdik. Gözlənildiyi kimi bu ad hər kəsdə maraq oyatdı, "Günəbaxan nədir?", "Bu nə olacaq?", "Nə üçün gəlir?" və s. kimi sual doğuran fikirlər həm gənc nəsildən, həm də yaşlı təbəqə nümayəndələrindən gəldi. Buna əsas olaraq Günəbaxanın maraqlı, rəngarəng, pozitiv və müsbət hisslər bəxş edən ad olduğunu göstərə bilərik. Həmçinin, maraq kəsb edən məqamlardan biri də, Günəbaxan brendi üçün yaradılan şüardır. Şüarı da, adı kimi gözəldir:  

Günəş. Həyat. Sevgi.

Günəbaxanın günü 

2019-cü ilin 10 sentyabr tarixində, şəhərimizdə ilk Günəbaxan aptek fəaliyyətə başladı. Şəhər sakinlərinin həyatında sağlamlığın, təbii gözəlliyin, işıqlı gələcəyin, doğru təbabətin, möhkəm ailə təməlinin inkişafı üçün o gəldi. Gözlədiyimiz Günəbaxan gəldi. Bir tibbi müəssisə kimi Günəbaxan, adından, şüarından, rəngarəngliyindən başqa həm də, öz fəaliyyət sahəsində də, fərqli yer tutacaqdır. Bir neçə dünyaca məşhur kosmetoloji brendlər ilə əməkdaşlıq edən Günəbaxan, aptek - tibbi müəssisə olaraq, özündə həm tibbi-farmaseptik, həm də tibbi-estetik, yəni sağlam gözəllik və qayğı funksiyalarını  birləşdirəcək. Qeyd etdiyimiz kimi, artıq ilk Günəbaxan şəhərimizdə fəaliyyətə başlamışdır. Unikal aptek, özü kimi maraqlı ünvanda fəaliyyət göstərir. Niyə maraqlı? Elmlər metrostansiyasının yaxınlığı, eləcə də BDU-nin ətrafı, həm gənc nəslin, həm tələbələrin, həm orta təbəqənin, həm də yaşlı nəsil nümayəndələrinin tanıdığı və xatirələrinin olduğu  yerlərdir - bir növ zamanların kəsişdiyi nöqtə kimi. Günəbaxanın dəqiq ünvanı isə Yasamal rayonu., F. Ağayev küçəsi, ev 5-dir, düz BDU-nin qarşısı. İnanmaq və əmin olmaq lazımdır ki, fərqli konseptə və funksiyalara sahib olan, Günəbaxanın fəaliyyəti də, özü və adı kimi gözəl, parlaq, faydalı və rəngarəng olacaqdır. Hal-hazırda Günəbaxan şəhərimizdə tək olsa da, ancaq Bakıda, gözəllik, həyat, günəş və sevgi simvolu olan Günəbaxanların sayının artacağı gözlənilir.

Bəs niyə Günəbaxan?

Günəbaxan bitki olaraq, sağlamlıq üçün çox faydalı və işığı sevən bitkidir. Əsas xüsusiyyətləri isə günəşi sevmək, işığı sevmək, istini sevmək və həyatı sevməkdir. Günəbaxanın əsas özəlliyi isə Günəşə baxaraq, öz xoşbəxtliyini ondan almasıdır və bu xoşbəxtliyi hər tərəfə əks etdirməsidir.  

Günəbaxan apteklər şəbəkəsinin əsas məqsədi də, insanlara sağlamlığı, gözəlliyi, həyatı, xoşbəxtliyi çatdırmaq və onlara bu işdə dəstək olmaqdır. Sağlamlıq, gözəllik, təbii qayğı, sağlam həyat tərəfdarı olan Günəbaxan aptek, şəhər sakinləri üçün tərəfdarı olduğu amillərin inkşafını təmin etmək və təmin olunmasında dəstək olmaq niyyətindədir. 

Sifarişləriniz üçün *7700 zəng edə və ya +99455 355 77 00 whatsapp nömrəsinə yaza bilərsiniz. ÇATDIRILMA ÖDƏNİŞSİZDİR.  

https://www.youtube.com/watch?v=Na5u5VKIq78

Facebook: Günəbaxan aptek
İnstagram: https://www.instagram.com/gunebaxanaptek/