https://news.day.az/economy/1183077.html Bank of Baku problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir (R)

Bank of Baku problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir (R)

Экономика, 7 декабря 2019 10:15 7 070

Bank of Baku ölkə başçısı Cənab İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərmanın icrası çərçivəsində, 15 may 2019-cu il tarixindən etibarən start verdiyi problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir.  

Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslər cari ilin sonuna kimi Bank of Baku-ya yaxınlaşaraq, fərmanın verdiyi üstünlüklərdən faydalana bilər.  

Belə ki, fərmanın şamil olunduğu tarixə kimi restrukturizasiya zamanı müştərilərin vaxtı keçmiş kreditləri üzrə faiz borcları silinir və kredit müqavilələri  

  • İLLİK 1%-lə, 
  • 5 İL müddətinə, 
  • KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir.  

Üstəlik, müştərilər ilk 12 ayın sadəcə faiz borcunu ödəyərək əsas borc ödənişinə 13-cü aydan başlayacaqlar. Fərmandan faydalanan müştərilər, eyni zamanda aşağıdakı üstünlüklərə də sahib olacaqlar: 

  • Müştərinin krediti problemli kredit siyahısından çıxarılacaq; 
  • Məhkəmədə olan işlər geri çağırılacaq; 
  • Müştəri yenidən kredit əldə etmə imkanı qazanacaq.  

01 yanvar 2012 - 28 fevral 2019-cu il tarixləri ərzində kredit əldə etmiş və 01 mart 2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000 AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslərin 30 dekabr 2019-cu il tarixinə kimi Bank of Baku-ya yaxınlaşmaları və bu güzəştdən faydalanmaları tövsiyyə olunur. 

Fərmanın şamil olunduğu fiziki şəxslər siyahısında adının olub-olmadığını yoxlamaq istəyən Bank of Baku müştəriləri Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər. 

Daha ətraflı: 

145 Məlumat Mərkəzi 

www.bankofbaku.com   

www.facebook.com/bankofbaku  

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости