Gücümüz təminatınızdır!
PAŞA Sığorta "B+" və "bbb-" reytinqləri ilə qiymətləndirilib.
A.M. Best Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidmətləri Agentliyi "PAŞA Sığorta ASC"-nin kredit reytinqlərini təsdiqləyib. Qeyd olunan nailiyyət təkcə sığorta şirkəti üçün deyil, bütün Azərbaycan sığorta bazarı üçün əlamətdar uğur hesab olunmalıdır.
Agentlik PAŞA Sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini "B+", Uzunmüddətli Kredit Reytinqi isə "bbb-" olaraq dəyərləndirib.
Reytinqlər PAŞA Sığortanın yüksək əməliyyat göstəriciləri, güclü kapital bazası və təkrarsığorta təminatına malik olmasını əks etdirir. Həmçinin agentlik şirkətin sığorta yığımlarına görə ölkənin ən böyük sığorta şirkəti olmasını, son beş ildə şirkətin anderraytinq portfelinin əhəmiyyətli dərəcədə böyüməsini (2011-2015-ci illər arası hər il ortalama 26% artım) və şirkətin güclü müştəri bazasına sahib olmasını nəzərə alaraq şirkətin güclü biznes profilinə sahib olduğunu açıqlayır.
A. M. Best Qlobal sığorta bazarında reytinq təminatı üzrə dünyaca ən məşhur şirkətlərdəndir. Bildirmək istərdik ki, PAŞA Sığorta Azərbaycanda bu agentlik tərəfindən reytinq almış yeganə sığorta şirkətidir.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре