Ədalət Muradov Səmərqənddə TÜRKUNİB rektorlarının Xüsusu İclasında iştirak edib

UNEC rektoru professor Ədalət Muradov Səmərqənddə TÜRK UNİVERSİTETLƏR BİRLİYİ (TÜRKUNİB) Sədri kimi UNEC-in ilk tədbiri olan Rektorlarının Xüsusi İclasında iştirak edib.

Day.Az xəbər verir ki, Ə.Muradov Türk universitetləri arasında əməkdaşlığın səmərəliliyinin artırılması yolları haqqında fikirlərini bölüşüb. O, Orhun Mübadilə Proqramının əhatə dairəsini, imkanlarını, cəlbediciliyini və dayanıqlılığını artırmaq, üzv universitetlərin elmi tədqiqat və təhsil potensialından, infrastruktur və kadr imkanlarından mümkün qədər birgə istifadəni artırmaq, elmi nəşrlərin keyfiyyətinin artırılması, beynəlxalq standartlara cavab verən ortaq elmi nəşrlərin hazırlanması və eləcə də TÜRKÜNİB Tələbə Şurasının fəaliyətini daha da gücləndirmək və s. istiqamətlərdə digər ölkələrdən olan nümayəndələrlə fikir mübadiləsi aparıb.

Nobel mükafatı laureatı Aziz Sancar Səmərqənddə keçirilən TÜRKUNİB rektorlarının Xüsusu İclasının iştirakçılarına "online" müraciət edib. Müraciətində Aziz Sancar türk dünyasında elm və təhsilin inkişaf etdirilməsi üçün öz tövsiyyələrini də əsirgəməyib.

Professor Ədalət Muradov Xüsusu İclas çərçivəsində "AFRASIYAB" (ALP ER TONGA) - Türk dövlətçiliyinin əsasını qoyan tarixi şəxs" mövzusunda seminara da qatılıb, məruzələri dinləyib.