Beren Saat haqqında gəzən şayiələr doğrudurmu?

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyədə Beren Saatla müğənni Kenan Doğulu cütlüyü haqqında çoxlu şayiə, dedi-qodu gəzir. Cütlük insanların diqqət mərkəzindədir. Onlar barələrində çıxan dedi-qoduları yalanlasalar da, "od olmayan yerdən tüstü çıxmaz" deyiblər. Bu da həmin dedi-qodular:

- Beren çox qısqancdır, hər şeyi problem edir. Kenanın başının ətini yeyir.
- Heç nəyi xoşlamır, bəyənmir. Kenanın heç kimlə görüşməsini istəmir.
- Partilərdə, tədbirlərdə qarşılaşdıqları insanlarla öpüşməkdən nifrət edir. Kenanın da kimsəylə öpüşüb, qucaqlaşmasını istəmir.
- Çoxlu adam olan yerlərdə, yemək süfrələrində birdən-birə söhbətin arasına girib axmaq fikirlər səsləndirir.
- Qəribə qəhqəhəsi var. Sözün arasına girib qəribə şəkildə gülür.
- Kenan dostları ilə kənarda söhbət edəndə onları görən kimi gedib "Nələr olur?" deyir.
- Berenin ən yaxın rəfiqəsi Esra Dermancıoğludur. Bircə onunla rahatdır və Kenanı da ona qısqanmır.
- Kenan çox dözməz. Bu gün-sabah bu iş bitər. Kenanın həyatı bu deyil.
- Evinə, həyatına, hər şeyinə qarışır. Hətta Kenana mebel seçimlərində "Bu ne ya" deyərək qəribə şərhlər verir. Kenan qəribələşdi.

Publika.az