Azərbaycanlı müğənni bəstəkarla belə bəzəndilər - FOTOSESSİYA

Day.Az представляет новость на азербайджанском языке.

 

Milli.Az xəbər verir ki, tanınmış vokal və estrada ifaçısı Lətifə Soyuöz söz və musiqisi Günel Sərdarqızına məxsus olan "Hədəf" adlı mahnısına çəkilmiş klipinin son tamamlanma işləri ilə məşğuldur. Maraqlı süjet xətti olacaq ekran işinin rejissoru Anar Hüseynovdur.

Sizə təqdim etdiyimiz fotosessiyanın isə kliplə heç bir bağlılığı yoxdur. Şəkillərdən də görünür ki, hazırlıq prosesidir, amma kim-kimin saçını darayır bilinmir.

Gah Günel Lətifənin xarici görünüşünə yaraşıq verən saçlarına ütü çəkir, gah da müğənni sevimli bəstəkarına məxsusi qayğısını nümayiş etdirir.

Sözlərimizin bitdiyi məqamda fotolara özünüz baxın...

Böyütmək üçün şəkillərə klikləyin.


Фото: Milli.az