Müğənni İntizar Məmmədovun avtomobilindən oğurluq olub - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


İntizar Məmmədovun maşınından 3 min manat pul və sənədlər oğurlanıb.
 

Keçmiş "Şeron" qrupunun üzvü, hazırda "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovun "Mercedes" markalı avtomobilindən oğurluq olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 528-ci məhəllədə, elə müğənninin evinin qarşısında törədilib.

Avtomobilin yan şüşəsini daş parçasi ilə sındıran naməlum şəxs asanlıqla qapını açıb və maşının içində olan 3 min manat pulu, müxtəlif vacib sənədləri oğurlayıb.

Zərərçəkən müğənninin sözlərinə görə, oğurluq yaxınlıqdakı müşahidə kameralarına da düşüb. Hadisə barədə xəbər tutan polis əraziyə gələrək müəyyən əl barmaq izləri götürüb.

Oğurluqla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Hələ ki oğrunun axtarışları davam edir.
 

Böyütmək üçün şəkillərə klikləyin.