Niyam Salaminin evlilik vəd etdiyi xanım danışdı

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Niyam Salaminin evlilik vəd verdiyi gənc ifaçı Sabrina Qamze ürəyini mətbuata boşaldıb.

Publika.az-ın məlumatına görə, o bildirib ki, Niyamla 7 il sevgili olub: "Heç birimiz belə sevgi yaşamamışdıq. Səhhətimlə bağlı xaricə müalicəyə gedəndə Niyam mənimlə getmək istəmədi. Hava limanında qarşımda diz çökdü, evlilik təklifi etdi, hətta barmağıma üzük taxdı, mənə son sözü belə oldu: "mən səni ölənə qədər gözləyəcəm".

Müalicədən sonra Bakıya qayıdanda eşitdim ki, artıq nişanlanıb və tezliklə toyu olacaq. Zənglərimə cavab vermədi, yaxın dostlarım onun toyuna gedəndə çox pis oldum, depressiya yaşadım. Uzun illərdən sonra bir tədbirdə yenə qarşılaşdıq, Niyam məni tanımazlıqdan gəldi. Sonra eşitdim ki, boşanıb. İndi yenidən birlikdə olmağımızı istəyir, deyir, gəl, evlənək, övladımız olsun. İmtina edirəm, çünki o illərə görə onu hələ bağışlaya bilmirəm. Ancaq üzüyü hələ də barmağımdadır, axı üzük sevgimizin nişanəsidir. Mən sevgiyə inanmıram, nifrət edirəm, həm də sevirəm, Niyama görə ifaçılığıma ara vermişdim. Eşitdim, bu yaxında avtomobil qəzası keçirib, Allah köməyi olsun!"