https://news.day.az/society/408676.html Kür çayı sahilində ad günü şənliyi ölümlə nəticələnib

Kür çayı sahilində ad günü şənliyi ölümlə nəticələnib

Общество, 15 июня 2013 01:31 (UTC +04:00) 2 191
Kür çayı sahilində ad günü şənliyi ölümlə nəticələnib Day.Az представляет новость на азербайджанском языке.

Samux rayonu Kür çayı sahilində ad günü şənliyi ölümlə nəticələnib, Yevlax rayon sakini Kəmalə Hüseynova çayda batıb

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə günorta saatlarında Samux rayonunun Qədili kəndində baş verib. Ata evinə-rayonun Ziyadlı kəndinə qonaq gələn 28 yaşlı Kəmalə Hüseynova öz körpə iki uşağı ilə birlikdə qonşu qızı 13 yaşlı Ruziyyə Əliyevanın ad günü münasibətilə Kür çayı sahilində istirahətə gəlib. İstirahət vaxtı azyaşlı Ruziyə ilə birlikdə çaya girən Kəmalə Hüseynova ehtiyatsızlıqdan batıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupu axtarışa başlayıb. 4 dalğıc-xilasediciləri hadisə yerində axtarışlara davam edir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Bildirək ki, istirahət üçün üz tutulan və nəzarətsiz qalan Samux rayonunun Kür çayı ərazisində batma halları sıx müşahidə olunur.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости