“20 Yanvar” metrosunun girişində qadın öldü

Day.Az представляет новость на азербайджанском языке.


Bu gün saat 13:57 radələrində Bakının Yasamal rayonu ərazisində "20 Yanvar" metrosunun girəcəyində yaşlı qadın meyiti tapılıb. Meyit metronun girişində aşkarlanıb. Hadisə şahidlərinin Anspress-ə verdikləri məlumata görə, hadisə yerinə təcili yardım maşını çağırılıb. Lakin həkimlər meyiti götürməyiblər. Deyilənlərə görə, meyit uzun müddət yerdə qalıb.

Məsələ ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə əlaqə saxladıq. Stansiyadan Anspress-ə bildirdilər ki, hadisə yerinə həkimlər gediblər. Lakin qadının artıq keçindiyi məlum olub. Bu zaman isə həkimlər meyiti hadisə yerindən götürməməlidirlər.

"Hadisə yerinə polis çağırılmalıdır. Şəxsin ölüm səbəbi araşdırılmalıdır. Meyit polisə təhvil verilməlidir", - deyə stansiyadan bildiriblər.

Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsindən Anspress-ə verilən məlumata görə, meyit 60 yaşdan yuxarı qadına məxsus olub. İlkin ehtimala görə, qadın ürəktutmasından ölüb. Lakin meyitin şəxsiyyəti hələlik müəyyən olunmayıb. Faktla bağlı araşdırma aparılır.