Lənkəranda mərkəzi bazarın əməkdaşları jurnalistləri söyüşlə qarşıladı

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, bu gün Lənkəranda mərkəzi bazarın əməkdaşları CTV şirkətinin jurnalisti və operatoruna hücum ediblər. Qeyd edək ki, hadisə televiziyanın jurnalisti Dürdanə Məlikova və operator Rövşən Əzimov peşə borcunu yerinə yetirərkən baş verib. Şirkət əməkdaşları şaxtalı günlərdə bazarlarda xarab olan meyvə-tərəvəz haqqında sujet hazırlayarkən bazarın mühafizəçiləri tərəfindən fiziki hücuma məruz qalıblar.

Çəkilişə mane olmaq istəyən bazar əməkdaşları ilə uzun mübahisələrdən sonra jurnalistlər ərazidə çəkiliş aparmağa müvəffəq ola biliblər.
 

Ölkəmizə ötən həftdən etibarən yağan qardan sonra temperaturun aşağı düşməsi şaxtanın yüksəlməsi ilə nəticələndi. Şaxta bir çox sahələrə təsir etdiyi kimi, meyvə-tərəvəz satıcılarına da ziyan vurdu. CTV-nin "Xəbər Xətti" əməkdaçları satıcıların üzləşdiyi vəziyyəti yerindəcə öyrənmək üçün Lənkəran şəhərinin mərkəzi bazarına üz tutublar. Elə çəkilişə yenicə başlayıblar ki, özlərini təqdim etmədən təxminən 7-8 nəfərin qəfildən 4 bir yanlarını əhatəyə alması onları çox təəcübləndirib. Hücum edənlər bazar rəhbərliyindən icazə almadan çəkilişin aparılmasına qarşı çıxıblar.
 

Çox çəkmədi ki, aparılan çəkilişə mane olmağa çalışan bu şəxslərin bazar rəhbərliyinin yaxın adamları və bazarın mühafizəçiləri olduğu məlum olub.

Kadrlarda gördüyünüz bu insanların vəzifəsi əslində bazarda ictimai asayişi bərpa etməkdir, bazara gələnin üstünə qışqırıb onu qovmaq deyil.

Bu davranışı nəzərə alıb bazar rəhbərliyinə və onun mühafizəçilərinə KİV-haqqında qanunu xatırlamağı özümüzə borc bilirik. Qanunun 1-ci fəslinin 8-ci maddəsinə əsasən, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bəli, biz də KİV-in bir nümayəndəsi olaraq bu huququmuzdan istifadə edirik.

Təqiblərə baxmayaraq jurnalist reportajı hazırlamağa müvəffəq olub.

Satıcılar bildirdilər ki, aldıqları məhsulları don vurub.

Meyvəyə bir o qədər ziyan dəyməsə də, əsas ziyan göy-göyərtiyə dəyib. Nəticədə meyvələrin qiyməti olduğu kimi qalsa da, göyərtinin qiyməti qalxıb.