https://news.day.az/society/702701.html Sumqayıt avtobuslarında yenilik

Sumqayıt avtobuslarında yenilik

Общество, 2 октября 2015 07:55 (UTC +04:00) 1 726
Sumqayıt avtobuslarında yenilik

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi şəhərdə fəaliyyət göstərən şəhərdaxili marşrutlarda "QR Code" quraşdıracaq.

"Qafqazinfo"nun ıctnews.az-a istinadən məlumatına əsasən, "QR Code" çipləri vasitəsilə istənilən sərnişin sürücü tərəfindən yol verilən qayda pozuntusu ilə bağlı şikayətini Sumqayıt Regional Şöbəsinin məlumat mərkəzinə avtomatik şəkildə ötürəcək.

Lakin bunun üçün sərnişinlərin "Android" əməliyyat sistemini dəstəkləyən qurğusu və xüsusi yüklənmiş proqramı olmalıdır. Məlumat mərkəzində daxil olan informasiya dərhal təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcək.

Yaxın günlərdə yeni sistem istifadəyə veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости