https://news.day.az/azerinews/812341.html Bakıda sərnişin avtobusunda YANĞIN - FOTOLAR

Bakıda sərnişin avtobusunda YANĞIN - FOTOLAR

Azərbaycanca, 17 августа 2016 13:05 (UTC +04:00) 1 096
Bakıda sərnişin avtobusunda YANĞIN

Day.Az представляет новость на азербайджанском языке

Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Nobel prospektində qeydə alınıb.
 
Zığ şosesi istiqamətində hərəkətdə olan 10 TE 797 dövlət qeydiyyat nişanlı MAN markalı avtobusun təkər hissəsində qəfil alışma baş verib. Qatı tüstü 21 nömrəli marşrut avtobusun salonuna daxil olduqdan sonra sürücü sərnişinləri avtobusdan düşürüb və baş verən yanğına müdaxilə etməyə çalışıb. 
 
Qeyd edək ki, bu, 21 nömrəli marşrut üzrə hərəkət edən avtobuslarda baş verən ilk yanğın hadisəsi deyil. Analoji hadisə bu il fevralında "Xətai" metro stansiyası qarşısında baş verib. O zaman da hərəkətdə olan MAN markalı sərnişin avtobusunun təkər hissəsi yanıb. Yanğının ilkin ekspertizası ilə bağlı verilən rəydə qeyd olunub ki, sözügedən avtobus texniki yoxlanışdan keçməyib və nasaz şəkildə idarə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Bakıda sərnişin avtobusunda YANĞIN
  • Bakıda sərnişin avtobusunda YANĞIN
  • Bakıda sərnişin avtobusunda YANĞIN
  • Bakıda sərnişin avtobusunda YANĞIN
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости