https://news.day.az/society/613907.html Meşədə dava, döyülən var

Meşədə dava, döyülən var

Общество, 17 сентября 2015 07:25 (UTC +04:00) 964
Meşədə dava, döyülən var

Day.Az представляет новость на азербайджанском языке

Gədəbəyin Dəlikdaş meşəsində dava olub.

"Qafqazinfo"-un APA-ya istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 16-da baş verib.

Rayonun Heriknaz kənd sakini, 1964-cü il təvəllüdlü Səlim Abbasov meşəyə odun toplamağa getdiyi vaxt meşə mühafizəçisi, Vilayət adlı şəxslə aralarında mübahisə olub və S. Abbasov döyülüb. Köməyə gələn oğlu, 1988-ci il təvəllüdlü Rüstəm Abbasovada bədən xəsarətləri yetirilib. Xəsarət alan ata və oğul müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости