https://news.day.az/society/598512.html
Qubada ayılar arılara hücum etdi
Dünən gecə saatlarında Qubada arı pətəklərinə hücum olub. Hadisə rayonun Cek kəndində qeydə alınıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Cek kəndində arı təsərrüfatı ilə məşğul olan sahibkar Əziz Ələkbərovun yeşiklərinə 2 ayı hücum edib. 90-a yaxın arı yeşiyi olan sahibkarın təsərrüfatına ayılar ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurublar.
Arı yeşiklərinin gözətçiliyini çəkən Qoşqar Müzəffərovun sözlərinə görə, gecə saatlarında nərilti səsinə oyanıb. Pəncərədən baxarkən bu nəriltinin ayı olduğunu və ərazidə iki heyvanın olduğunu görüb. Lakin o, qorxudan çölə çıxa bilməyib.
"Ayılar sanki təlim görmüşdülər. Onlar mənə məxsus olan 4 pətəyi dağıdıb, 2 pətəyi isə yeyiblər", deyə sahibkar bildirib.
Sahibkarın sözlərinə görə, ən az zərər bu dəfə dəyib. Çünki ayılar əvəllər də onun arılarına hücum ediblər. Lakin əvvəlki hücumlar zamanı dəyən maddi ziyan daha böyük olub.
Xatırladaq ki, analoji hadisə bundan əvvəl də iki dəfə təkrarlanıb.

Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре