https://news.day.az/azerinews/1001049.html "Milan"ın müdafiəçisi MLS klubuna keçə bilər

"Milan"ın müdafiəçisi MLS klubuna keçə bilər

Azərbaycanca, 1 мая 2018 19:23 (UTC +04:00) 1 355
"Milan"ın müdafiəçisi MLS klubuna keçə bilər

Day.Az представляет новость на азербайджанском языке

"Los-Angeles Qelaksi" Avropadan daha bir futbolçu transfer etmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Milan"ın müdafiəçisi İqnasio Abate karyerasını MLS klubunda davam etdirə bilər. 31 yaşlı futbolçunun müqaviləsi 2019-cu ilin yayında qüvvədən düşür. Gözlənilir ki, Abate bu mövsümün sonunda "rossoneri" ilə yollarını ayırsın. "LA Qelaksi"də italiyalı müdafiəçinin sabiq komanda yoldaşı Zlatan İbrahimoviç çıxış edir.

Abate 2009-cu ildən "Milan"ın şərəfini qoruyur. O, cari mövsüm A Seriyasında 15 oyuna çıxıb. Amma Cennaro Qattuzonun kluba baş məşqçi təyin olunmasından sonra Abate əsas heyətdəki yerini itirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости