Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Day.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da mərhələnin cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edəcək.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, "Qarabağ" mərhələni keçsə, pley-offda PAOK - "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq. "Atlılar" APOEL-i mübarizədən kənarlaşıdırsa, pley-offa yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə "Qarabağ" mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.

13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu
 
20:30. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr)
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!