https://news.day.az/azerinews/1194962.html "Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

Azərbaycanca, 17 января 2020 16:10 (UTC +04:00) 613
"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:

"Stansiyada divarlara mərmər-qranit örtüklər dəyişdirilir, yenisi vurulur. Artıq stansiya yolunun quraşdırılmasına da başlanılıb. Artıq köhnə yol sökülüb. "Cəfər Cabbarlı" stansiyasından "Xətai" stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости