https://news.day.az/azerinews/1860072.html Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə başladı - FOTO Sentyabrın 15-də Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarındakı ümumtəhsil məktəblərində 179 şagird yeni tədris ilində 1-ci sinfə başlayıb.

Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə başladı - FOTO

Azərbaycanca, 15 сентября 2026 09:48 (UTC +04:00) 204
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə başladı

Sentyabrın 15-də Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarındakı ümumtəhsil məktəblərində 179 şagird yeni tədris ilində 1-ci sinfə başlayıb.

Day.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu il Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin 1-ci sinfinə 110 şagird qəbul olunub və hazırda məktəbdə 1052 şagird təhsil alır.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə 323 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul edilib. Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə isə 248 şagird təhsil alır, onlardan 11-i bu il birinci sinfə başlayıb. Xocalı rayonunun Ballıca kənd tam orta məktəbində ümumilikdə 192 şagird təhsil alır və bu il 11 uşaq birinci sinfə qəbul olunub.

Ağdərə rayonunun Suqovuşan kənd tam orta məktəbində 87 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul olunub. Vəngli kənd tam orta məktəbində hazırda 93 şagird təhsil alır və bu il 4 şagird birinci sinfə başlayıb. Həsənriz kəndində fəaliyyət göstərən tam orta məktəbdə isə ümumilikdə 159 şagird təhsil alır, bu il 15 şagird birinci sinfə gedəcək.

  • Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə başladı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости