https://news.day.az/azerinews/1195249.html 42 nəfər saxlanıldı - Rəsmi Ötən gün törədilmiş 35 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

42 nəfər saxlanıldı - Rəsmi

Azərbaycanca, 18 января 2020 19:02 (UTC +04:00) 1 263
42 nəfər saxlanıldı

Ötən gün törədilmiş 35 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости