https://news.day.az/azerinews/1195482.html Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub.

Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var

Azərbaycanca, 20 января 2020 11:20 (UTC +04:00) 842
Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var

Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb.

Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində "VAZ 21099"un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb, yeddi nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости