https://news.day.az/azerinews/1281431.html Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov növbəti dəfə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyub. Day.Az oxu.az-a istinadən bildirir ki, adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir.

Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid

Azərbaycanca, 19 октября 2020 16:15 (UTC +04:00) 1 843
Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid

Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov növbəti dəfə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyub.

Day.Az oxu.az-a istinadən bildirir ki, adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir.

V.Solovyov hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışmaqla öz ermənipərəst mövqeyini göstərir.

18 oktyabr 2020-ci il tarixində yayımlanan verilişdə isə Solovyev Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alaraq, xəritə yayımlayıb. Xəritədə Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi göstərilməyib. Halbuki, Rusiya Federasiyası bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Solovyev da bunu lap dəqiq bilir, amma erməni "feyk"lərini yaymağa və qərəzli mövqeyinin üstündə durmağa üstünlük verir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости