https://news.day.az/azerinews/1354741.html Şəkidə taxıl sahəsində yanğın olub Şəkidə biçilməmiş taxıl sahəsi yanıb. APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün rayonun Oraban kəndinin inzibati ərazisində taxıl sahələrində yanğın baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Şəkidə taxıl sahəsində yanğın olub

Azərbaycanca, 21 июня 2021 19:07 (UTC +04:00) 555
Şəkidə taxıl sahəsində yanğın olub

Şəkidə biçilməmiş taxıl sahəsi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün rayonun Oraban kəndinin inzibati ərazisində taxıl sahələrində yanğın baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində kənd sakinlərinə məxsus, 4 hektar biçilməmiş, 3 hektar biçilmiş taxıl sahəsi, 0,5 hektar ərazidə quru ot-kol və 3 ədəd qovaq ağacı yanıb. Yanğının genişlənərək ətraf sahələrə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости