https://news.day.az/azerinews/1356164.html Bakı-Sumqayıt yolunda ağır qəza, ölən və yaralananlar var - FOTO

Bakı-Sumqayıt yolunda ağır qəza, ölən və yaralananlar var - FOTO

Azərbaycanca, 26 июня 2021 08:50 (UTC +04:00) 867
Bakı-Sumqayıt yolunda ağır qəza, ölən və yaralananlar var

Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən ağır qəza baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə şossesinin Abşeron rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Sumqayıt istiqamətindən şəhər istiqamətinə hərəkətdə olan Qulu Ağayev idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsi ilə idarəetməni itirərək yol ayrıcındakı beton piltəyə çırpılıb. Beton parçası isə əks istiqamətdə, 1991-ci il təvəllüdlü Baxşıyev Nicat Nazim oğluna məxsus "Hyundai" markalı avtomobilin ön şüşəsinə dəyib. Zərbənin gücündən beton parçası şüşəni yararaq avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Məmmədov Tofiq İlham oğlunun baş nahiyyəsinə xəsarət yetirib. Sərnişin hadisə anında dünyasını dəyişib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости