https://news.day.az/azerinews/1362955.html Hacıqabulda şadlıq saraylarında yoxlamalar aparılıb - FOTO Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıblar.

Hacıqabulda şadlıq saraylarında yoxlamalar aparılıb - FOTO

Azərbaycanca, 19 июля 2021 09:26 (UTC +04:00) 576
Hacıqabulda şadlıq saraylarında yoxlamalar aparılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Nəvahı kəndi ərazisində yerləşən "Şahsaray" şadlıq sarayında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Məlum olub ki, obyektin icarədarı T.Əliyev təşkil edilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirməyərək, məclisdə icazə verilən saydan artıq qonağın iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

  • Hacıqabulda şadlıq saraylarında yoxlamalar aparılıb
  • Hacıqabulda şadlıq saraylarında yoxlamalar aparılıb
  • Hacıqabulda şadlıq saraylarında yoxlamalar aparılıb
  • Hacıqabulda şadlıq saraylarında yoxlamalar aparılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости