https://news.day.az/azerinews/1363681.html Rabitəbank şəhid ailələrinə Qurban sovqatları paylayıb - FOTO (R)

Rabitəbank şəhid ailələrinə Qurban sovqatları paylayıb - FOTO (R)

Azərbaycanca, 22 июля 2021 11:30 (UTC +04:00) 8 617
Rabitəbank şəhid ailələrinə Qurban sovqatları paylayıb

Dünya müsəlmanlarının həmrəylik simvolu olan Qurban Bayramı münasibətilə Rabitəbank şəhidlərimizin bizə əmanəti olan ailələri ziyarət edib.

Ötən ilkilərdən fərqli olaraq bu bayramı bütöv Azərbaycanda qeyd etməyimizin əsas səbəbkarları olan şəhid ailələri üçün bayram sovqatlarının hazırlanması məqsədilə ilə Rabitəbank dəstək aksiyası həyata keçirib.

Qurban bayramı ərəfəsində şəhidlərin doğmalarını ziyarət etməyi bank özünə borc bilib. Bayram günlərində Bank əməkdaşları 100-ə yaxın ailənin ziyarətində olub və bayram payları aparıb. Bankın maliyyə dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət qutular ailə üzvlərinə təqdim edilib. Görüşdə əməkdaşlar öz mənəvi dəstəyini hiss etdirməklə onlara minnətdarlıq bildirməyə və bacardığı qədər təsəlli verməyə çalışıb.

Qeyd edək ki, vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan Rabitəbank qazi və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəliÇağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

  • Rabitəbank şəhid ailələrinə Qurban sovqatları paylayıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости