Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya bir sıra mühüm mesajlar verdi - Hikmət Babaoğlu
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, hər şeydən öncə hazırda dünayanın ən aktual problemi olan COVİD-19 pandemiyası ilə bağlı məsələlərə toxunun Prezident İlham Əliyev bu sahadə Azərbaycanın həm ölkədə, həm də Ümümdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində peyvəndin əldə edilməsində çətinlik çəkən kasıb ölkələrdə gördüyü işlərdən danışdı: "Buna paralel olaraq Qoşulmama Hərəkatının sədri kimi bu beynəlxalq təşkiatın təşəbbüsü ilə pandemiyanın aradan qaldırılması istiqamətində vacib tədbirlərin görülməsi üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması və dünyanın 150 ölkəsinin bu iclasda işrak edərək pandemiyaya qarşı səylərin birləşdirilməsi üçün mühüm addımlar atdığını qeyd etdi. Prezident İlham Əliyevin çıxışının əsas məzmununu isə yenə də əldə etdiyimiz tarixi Zəfər, bu zəfərə gedən yolda ölkəmizin atdığı qətiyyətli addımlar, beynəlxalq təşkilatların öz qətnamələrini yerinə yetirə bilməmələri və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın bu gün də faşist ideologiyasından imtina edə bilməməsi və regionda sülhə təhlükə olaraq qaldığı təşkil etdi.
Bu istiqamətdə həm də mühüm təşəbbüs və təkliflərlə çıxış edən Prezident İlham Əliyev gələcəkdə BMT Təhlükəsizlik Şurasının qətnamlərinin yerinə yetirilməsi üçün bir mexanizmin formalaşdırılmasının vacibliyini vurğuladı. Bu, əslində, BMT-də və onun müvafiq strukturlarında islahatlara ehtiyac olduğunun dilə gətirilməsi idi".
Deputatın sözlərinə görə, başqa bir mühüm məsələ isə regionda davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərərək onu Azərbaycanla sülh müqaviləsi bağlamağa təşviq etməsinin dilə gətirilməsi idi: "Çünki hazırkı vəziyyətdə bu, regionumuzda hadisələrin gələcək inkişafının istiqamətlərinin formalaşması baxımından olduqca vacibdir. Əslində, bu fikirləri ilə Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya sülh çağırışı etdi. Azərbaycanın sülhpərvər, eyni zamanda öz ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü dövlət olduğunu bəyan etdi. Ölkəmizin başçısı BMT tribunasından olduqca vacib bir xatırlatma edərək bildirdi ki, cəmisi bir il bundan qabaq bu tribunadan Ermənistanın işğalçılıq siyasətindən danışaraq bildirmişdi ki, Azərbaycan torpaqları hələ də işğal altındadır və ermənilər yeni müharibəyə hazırlaşırlar.
O zaman beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu yenə də müharibəni önləmək, yaxud müahribənin səbəbi olan işğalçılıq siyasətinin qarşısını almaq üçün heç bir tədbir görmədi. Azərbaycan ermənilərin yeni işğalçılıq müharibəsinə layiqincə cavab verdi və işğalçı ölkəni məğlub edərək kapituliyasiya aktına imza atmağa məcbur etdi. Azərbaycan regionda əməkdaşlıqda, kommunikasiyaların açılmasında və sülhün bərqərar olmasında maraqlıdır. Şübhəsiz ki, dünya doğrudan da Cənubi Qafqazda sülh istəyirsə, ermənilər yeni reallıqdan bəhrələnmək istəyirlərsə, Prezident İlham Əliyevin çıxışında əksini tapan müddəalara diqqət yetirməli, bu istiqamətdə real addımlar atmalıdır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре