“8 Noyabr – Zəfər Günü” münasibətilə Xəzər rayonunda “Şuşa, sən azadsan” sənədli filminin nümayişi keçirilib - FOTO
7 Noyabr 2021-ci il tarixində Şağan Mədəniyyət Mərkəzində "8 Noyabr - Zəfər Günü" münasibətilə silsilə tədbirlər çərçivəsində "Şuşa, sən azadsan!" sənədli filminin nümayişi keçirmişdir.
Trend-in məlumatına görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Nasir Qurbanov, Şəhid ailələri və qazilər, DİN-nin Polis Akademiyasının kursantları və hərbi qulluçular, ictimai birliklərin rəhbərləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Şağan Mədəniyyət Mərkəzininin foyesində təşkil olunmuş "Vətən Müharibəsi Qəhrəmanları rayon gənclərinin gözü ilə" adlı sərginin təqdimatı ilə tanış olmuşlar.
Tədbirin davamında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" sənədli filminin nümayişi keçirilmişdir.
Filmin nümayişindən sonra Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə lentə alınan "Ey vətən" adlı klipin təqdimatı keçirilmişdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре