https://news.day.az/azerinews/1411506.html Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub - FOTO Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd "Hürkuş" təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub - FOTO

Azərbaycanca, 3 декабря 2021 18:40 (UTC +04:00) 387
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub

Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd "Hürkuş" təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.

Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.
Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.
"Hürkuş" təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.

General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

  • Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости