Antarktidada nəhəng buz balıqları koloniyası tapıldı

Antarktidanın dəniz dibini araşdıran elm adamları qəfildən "təxminən Londonun üçdə biri böyüklüyündə" nototenoid buz balığının koloniyasını aşkar ediblər. Koloniyanın ən azı 240 kvadrat kilometr ərazini əhatə etdiyi bildirilir. Buraya təxminən 60 milyon aktiv yuva daxildir. Bu vəziyyətdə balıqların biokütləsi 60 min tondan çoxdur.

Day.az qaynarinfo-ya istinadən xəbər verir ki, araşdırma "Current Biology" jurnalında dərc olunub.
 
Almaniyanın Bremerhaven şəhərindəki Alfred Vegener İnstitutundan Otun Perser Antarktidanın başqa yerlərində onlarla belə yuvanın görüldüyünü, lakin bu tapıntının daha böyük olduğunu söyləyib.

Kəşf bioloqlar qrupu tərəfindən Ueddel dənizinin cənubundakı dəniz dibindən 1,5-2,5 metr hündürlükdə müntəzəm məlumatların toplanması zamanı edilib. Bu kəşfdən əvvəl tapılan ən böyük koloniyada yalnız 60 yuva olub. 

İndi kameralar növbəti iki il ərzində ekosistemi izləyəcək. Bu, onun necə işlədiyini və digər ekosistemlərlə necə qarşılıqlı əlaqədə olduğunu müəyyən etməyə kömək edəcək. 2022-ci ilin aprelində tədqiqatçılar bölgəyə qayıdacaqlar. Onlar ətraf suları tədqiq etmək və balıqların eyni yuvalarda yenidən çoxalıb çoxalmadığını öyrənmək niyyətindədirlər.