https://news.day.az/azerinews/1427117.html Bu ölkədə peyvənd olunmayan qocalar cərimələnəcək Yanvarın 16-dan etibarən Yunanıstanda yeni növ koronavirusa qarşı peyvənd olunmayan yaşı 60-ı keçən şəxslər cərimə olunacaq. Day.Az APA-ya istinadən bildirir ki, bu barədə hökumət sözçüsü Yannis Ekonomu mətbuat konfransında xəbər verib.

Bu ölkədə peyvənd olunmayan qocalar cərimələnəcək

Azərbaycanca, 15 января 2022 13:10 (UTC +04:00) 432
Bu ölkədə peyvənd olunmayan

Yanvarın 16-dan etibarən Yunanıstanda yeni növ koronavirusa qarşı peyvənd olunmayan yaşı 60-ı keçən şəxslər cərimə olunacaq.

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə hökumət sözçüsü Yannis Ekonomu mətbuat konfransında xəbər verib. O bildirib ki, sözügedən kateqoriyaya aid vətəndaşlara 16 yanvaradək azı 1 doza vaksin qəbul etməyə möhlət verilib. Bu tarixdən sonra peyvənd olunmayan yaşlılar hər ay 100 avro cərimə ediləcək.

Hökumət sözçüsü əlavə edib ki, reanimasiyaya yerləşdirilən hər 10 sakindən 7-nin yaşı 60-dan çoxdur. Süni tənəffüs cihazına qoşulan hər 10 pasientdən 9-u vaksin olunmayanlardır. Covid-19-dan dünyasını dəyişən hər 10 nəfərdən 9-nun yaşı 60-ı keçib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости