https://news.day.az/azerinews/1485892.html Babadağda həlak olan şəxsin meyiti TAPILDI - VİDEO

Babadağda həlak olan şəxsin meyiti TAPILDI - VİDEO

Azərbaycanca, 9 августа 2022 21:17 (UTC +04:00) 2 562
Babadağda həlak olan şəxsin meyiti TAPILDI

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Day.Az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparıblar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunub. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости