https://news.day.az/azerinews/1517215.html Sabah bu yollar BUZ BAĞLAYACAQ - Sürücülərə XƏBƏRDARLIQ Dekabrın 7-də Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Sabah bu yollar BUZ BAĞLAYACAQ - Sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanca, 6 декабря 2022 16:04 (UTC +04:00) 3 015
Sabah bu yollar BUZ BAĞLAYACAQ

Dekabrın 7-də Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti ilə əlaqədar dekabrın 7-də əsasən gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Goranboy-Tərtər, Bərdə-İstisu, Yevlax-Zaqatala, Naxçıvan-Ordubad, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi rayonlarda isə yolların buz bağlayacağı ehtimalı var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости