https://news.day.az/azerinews/1864955.html Bu küçədə düzünə getmək 100 manat və 2 baldır - VİDEO Paytaxtın mərkəzi küçələrindən biri olan Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət qaydaları dəyişdirilib. Küçənin Qarabağ küçəsi ilə kəsişməsindən Şah İsmayıl Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və bu hissədə yalnız avtobuslar hərəkət edə bilər.

Bu küçədə düzünə getmək 100 manat və 2 baldır - VİDEO

Azərbaycanca, 6 октября 2026 12:55 (UTC +04:00) 260
Bu küçədə düzünə getmək 100 manat və 2 baldır

Paytaxtın mərkəzi küçələrindən biri olan Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət qaydaları dəyişdirilib. Küçənin Qarabağ küçəsi ilə kəsişməsindən Şah İsmayıl Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və bu hissədə yalnız avtobuslar hərəkət edə bilər.

Day.Az xəbər verir ki, Əbdüləzəl Dəmirçizadə küçəsindən Qarabağ küçəsi istiqamətində hərəkət edən sürücülər kəsişmədən yalnız sağa və ya sola dönə bilərlər. Düzünə hərəkət etmək qadağandır. Dəyişikliyin bəzi sürücülərdə çaşqınlıq yaratdığı müşahidə olunur.

Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, dəyişiklik iyulun 16-dan tətbiq edilir və yeni avtobus zolağı nəqliyyat layihəsi çərçivəsində yaradılıb. Avtobus zolağına daxil olan sürücülər üçün 100 manat cərimə və 2 cərimə balı nəzərdə tutulur.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости