https://news.day.az/azerinews/1525291.html Mətanət verilişdə Gülyazla Gülyanağı SƏHV SALDI - VİDEO Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki, sözügedən proqramın aparıcısı Mətanət Əliverdiyeva qonağı Xalq artisti Gülyaz Məmmədovanı bacısı Gülyanaq Məmmədova ilə səhv salıb. Mətanət "Opera və Balet Teatrında Leylilərimiz çox olub.

Mətanət verilişdə Gülyazla Gülyanağı SƏHV SALDI - VİDEO

Azərbaycanca, 3 января 2023 15:41 (UTC +04:00) 755
Mətanət verilişdə Gülyazla Gülyanağı SƏHV SALDI

Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki, sözügedən proqramın aparıcısı Mətanət Əliverdiyeva qonağı Xalq artisti Gülyaz Məmmədovanı bacısı Gülyanaq Məmmədova ilə səhv salıb.  

Mətanət "Opera və Balet Teatrında Leylilərimiz çox olub. Amma bu xanım Leyli obrazı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun yaratdığı "Leyli və Məcnun" əsərinə növbəti dəfə işıq saçıb. Bizim Gülyaz xanımımız gələcək. Amma Leyli obrazını onun bacısı Gülyanaq xanım oynayıb. Aləmi qatdım bir-birinə. Yenə onları çaşdırdım. Bacıların səsi əsrarəngizdir. Verilişə Gülyaz xanım gəlir" sözləri ilə Gülyaz Məmmədovanı verilişə dəvət edib.  
Bu təqdimatdan sonra studiyaya daxil olan Məmmədova ifadələri ilə Əliverdiyevanın gülə-gülə səhv təqdimatını üzünə vurub: "1992-ci ildən Opera və Balet Teatrının solistinə deyir ki, Leyli obrazını bacım Gülyanaq oynayıb. Belə şey yoxdur. Operada qocalmışam. Bacım döyünən ürəyimdir". 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости