https://news.day.az/azerinews/1534707.html Azərbaycanın hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul etməyə hazırlaşır

Azərbaycanın hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul etməyə hazırlaşır

Azərbaycanca, 3 февраля 2023 20:49 (UTC +04:00) 837
Azərbaycanın hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul etməyə hazırlaşır

Azərbaycanın hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul etməyə hazırlaşır

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Day.Az-а verilən məlumata görə, Azərbaycanın beynəlxalq hava limanları xarici aviaşirkətlərlə əməkdaşlığı genişləndirir.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi xarici aviaşirkətlərin ölkəmizin hava limanlarına yeni reyslərin həyata keçirilməsi və mövcud istiqamətlər üzrə tezliyin artırılması ilə bağlı müraciətini təsdiq edib. Sözügedən təsdiq İzmir, Bodrum, Dalaman, Ankara, Antalya, Riqa, Budapeşt, Varşava, Əbu-Dabi, Küveyt, Maskat, Roma, Rusiyanın və MDB ölkələrinin bir sıra istiqamətlərinə şamil olunur.

Bakı hava limanı ilə yanaşı, aviaşirkətlər regional hava limanlarına da maraq göstərir.

Hazırda Azərbaycanın beynəlxalq hava limanları sözügedən aviaşirkətlərin reyslərinin qəbulu üzrə zəruri işlər aparır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости