https://news.day.az/azerinews/1544451.html “Həyat yoldaşım cavanlıqda yox, indi qısqanır” - VİDEO "Qadın istər-istəməz ömür boyu qısqanır. Çox maraqlıdır ki, həyat yoldaşım Sevinc xanım gənclik illərimdə məni qısqanmırdı, yaşlanandan sonra qısqanır". Day.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri bir neçə gün əvvəl 52 yaşına qədəm qoyan müğənni Nadir Qafarzadə "MTV maqazin" verilişinə müsahibəsində deyib.

“Həyat yoldaşım cavanlıqda yox, indi qısqanır” - VİDEO

Azərbaycanca, 7 марта 2023 18:25 (UTC +04:00) 533
“Həyat yoldaşım cavanlıqda yox, indi qısqanır”

"Qadın istər-istəməz ömür boyu qısqanır. Çox maraqlıdır ki, həyat yoldaşım Sevinc xanım gənclik illərimdə məni qısqanmırdı, yaşlanandan sonra qısqanır".

Day.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri bir neçə gün əvvəl 52 yaşına qədəm qoyan müğənni Nadir Qafarzadə "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Ailəsindən söz açan sənətçi, həyat yoldaşı Sevinc xanımı tərəfindən qısqanıldığını etiraf edib:

"Etiraf edirəm ki, həyat yoldaşım məni qısqanır. Amma o da bilir ki, əbəs yerə qısqanır. Hara getsəm, yenə də balalarımın yanına gəlirəm. Mən yolu əyri yox hər zaman düz getmişəm. Biz elə düzgün yaşayırıq ki, qadağalar olmasın. İnsan elə yaşamalıdır ki, ona qadağa qoymasın. Qısqanclıq varsa, sevgi də var. Həqiqi sevgidə etibar olmalıdır. Etibar etmirsənsə, demək qısqanmırsan".

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün Loğman və Əziz adlı iki oğlan övladı var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости