https://news.day.az/azerinews/1548079.html İsmayıllıda avtomobil aşıb, iki azyaşlı xəsarət alıb

İsmayıllıda avtomobil aşıb, iki azyaşlı xəsarət alıb

Azərbaycanca, 19 марта 2023 09:39 (UTC +04:00) 600
İsmayıllıda avtomobil aşıb, iki azyaşlı xəsarət alıb

Dünən gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun İsmayıllıdan keçən hissəsində avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə İsmayıllı rayonunun Buynuz kənd ərazisində baş verib.

Hadisə nəticəsində Oğuz rayon Padar kənd sakini 1995-ci il təvəllüdlü Qədirli Cavad Qədir oğlunun idarə etdiyi "Opel" markalı avtomobil aşıb. Avtomobildə olan ailə üzvlərindən 2018-ci il təvəllüdlü Qədirli Arda Cavad oğlu və 2021-ci il təvəllüdlü Qədirli Adəm Cavad oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlk yardım göstərilən azyaşlıların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости