https://news.day.az/azerinews/1550118.html Bu gündən Azərbaycanda bu qadağalar ləğv edildi - RƏSMİ Bu gündən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb. Day.Az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu gündən Azərbaycanda bu qadağalar ləğv edildi - RƏSMİ

Azərbaycanca, 28 марта 2023 09:06 (UTC +04:00) 2 572
Bu gündən Azərbaycanda bu qadağalar ləğv edildi

Bu gündən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Day.Az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin ölkəmizdə xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən müəyyən edilib ki, aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:

Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı; müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости