Restoranlarda iftar qiymətləri
Mart ayının 23-dən etibarən müqəddəs Ramazan ayı başlayıb.
Ramazan ayında oruc tutanlar arasında iftarını evdə açanlarla yanaşı ailəsi, dost-tanışları ilə birgə müxtəlif restoran və kafelərə üz tutanlar da olur. Bakının bir çox restoranları müştərilərə müxtəlif qiymətdə iftar və imsak menyuları təklif edir. Bununla əlaqədar restoranlar oruc tutan vətəndaşlar üçün Ramazan menyuları hazırlayıblar. Hər bir restoran təklif etdiyi təamlara görə standart qiymət paketi təqdim edir. Qiymətlər təklif olunan paketlərdəki yeməklərə və onların sayına görə dəyişir.
Day.Az xəbər verir ki, Trend-in əməkdaşı paytaxtın bir neçə kafe və restoranında olub, qiymətlərlə maraqlanıb.
Belə ki, restoranlarda həftənin hər günü üçün müxtəlif iftar menyusu təqdim edilir. Misal üçün, birinci günün menyusuna mərci şorbası, ətlə düyü, toyuq salatı, meyvələr, meyvə şirəsi və xurma, cümə axşamı menyusuna isə toyuq şorbası, qovurma, çoban salatı, meyvələr, meyvə şirəsi və xurma daxildir.
İfrar menyularında qiymətlər restoran və kafelərdən aslı olaraq bir nəfər üçün 12 manatdan 85 manata qədər dəyişir. 12 manatlıq, yəni ən ucuz iftar menyusuna mərci şorbası, dönər, salat, ayran, xurma və su daxildir. 85 manatlıq iftar süfrəsi isə sərbəst menyudur. İstədiyiniz təamları menyudan limitsiz seçə bilərsiniz.
Ötən illərə nisbətən bu il iftar menyularında bahalaşma müşahidə edilir.
İmsak menyularında isə qiymətlər iftarla müqayisədə nisbətən ucuzdur. Bu da tələbatın az olması ilə əlaqələndirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре