https://news.day.az/azerinews/1567654.html Göygöldə selin apardığı iki nəfərin meyiti tapıldı - RƏSMİ

Göygöldə selin apardığı iki nəfərin meyiti tapıldı - RƏSMİ

Azərbaycanca, 26 мая 2023 09:10 (UTC +04:00) 597
Göygöldə selin apardığı iki nəfərin meyiti tapıldı

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Day.Az-a bildirib ki, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxararaq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun: İsmayıllıda at və sahibini sel apardı - VİDEO

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости