https://news.day.az/azerinews/1567996.html Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu 25 may 2023-cü il tarixdə saat 21 radələrində həmin kənddə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.

Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib

Azərbaycanca, 27 мая 2023 09:44 (UTC +04:00) 565
Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib

Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu 25 may 2023-cü il tarixdə saat 21 radələrində həmin kənddə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.

Day.Az xəbər verir ki, mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovun qarın nahiyəsinə bir zərbə vurub sonuncuya "qarnın sağ ön yan divarının daxilə nüfuz etmiş yarası" ilə müşayiət edilən xəsarət yetirib.

Faktla bağlı Göygöl RPŞ-nin İstintaq bölməsində Nağızadə Ayxan Elçin oğlunun barəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmış, Ayxan Nağızadə şübəli şəxs qismində tutulmuşdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости