https://news.day.az/azerinews/1568038.html Zaur Kamalı hansı cəza gözləyir? - VİDEO

Zaur Kamalı hansı cəza gözləyir? - VİDEO

Azərbaycanca, 27 мая 2023 12:11 (UTC +04:00) 750
Zaur Kamalı hansı cəza gözləyir?

Ötən gün tanınmış aparıcı Zaur Kamalın yol hərəkəti qaydasını pozduğu iddia edilən videosu paylaşılıb.

Yayılan məlumata görə hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb. Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı "Porsche" markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (Vergilər Nazirliyinin qarşısında) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub.

Bəs, bu qayda pozuntusuna görə Zaur Kamalı hansı cəza gözləyir?

Məsələyə nəqliyyat üzrə ekspert Elmmədin Muradlı aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, aparıcı ikinci cərgədə avtomobilini saxlamaqla İnzibati Xətalar Məcəlləsinin tələbini pozub:

"İnzibatı Xətalar Məcəlləsinə əsasən Zaur Kamal 20 manat cərimələnə bilər".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости