https://news.day.az/azerinews/1568044.html Braziliya Prezidenti Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Braziliya Prezidenti Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Azərbaycanca, 27 мая 2023 11:48 (UTC +04:00) 650
Braziliya Prezidenti Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az-ın məlumatına görə, məktubda deyilir:

Cənab Prezident!

Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla birgə işləməkdə davam etməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости