Bu rayonlara səfər edənlərə

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Cəlilabad, Bakı-Siyəzən, Bakı-Qusar və Bakı-Xudat şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Day.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Həmçinin oxuyun: Bakıda baş verən dəhşətli qəzaların görüntüləri yayıldı - VİDEO

Müsabiqədə Azərbaycanda qeydiyyatda olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilərlər. Sənədlər 2 iyun 2023-cü il tarixindən 30 (otuz) gün müddətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5, əlaqələndirici şəxs: Ramil Musayev - tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) qəbul ediləcək.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Qusar-Bakı istiqamətində 11, Bakı-Şabran-Bakı istiqamətində 5, Bakı-Siyəzən-Bakı və Bakı-Xudat-Bakı istiqamətlərində hərəsində 3, Bakı-Cəlilabad-Bakı istiqamətində 2, Bakı-Oğuz-Bakı, Bakı-Göyçay-Bakı və Bakı-İsmayıllı-Bakı istiqamətlərində hərəsində 1 Lot üzrə baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Həmçinin oxuyun: DİN-dən tıxaclarla bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

Şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.