https://news.day.az/azerinews/1570029.html Sürücülərə benzinlə bağlı ŞAD XƏBƏR

Sürücülərə benzinlə bağlı ŞAD XƏBƏR

Azərbaycanca, 2 июня 2023 17:08 (UTC +04:00) 1 164
Sürücülərə benzinlə bağlı

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində "Avro-5" standartlarına uyğun avtomobil benzinin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur.

Bu barədə Day.Az-a SOCAR-ın "Caspian Oil&Gas" sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlara istinadən xəbər verir.

Qeyd olunub ki, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. Zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости